Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın CNN telekanalına müsahibə verən Ağalarovlar ailəsinin vəkili Skot Balber deyib.
Onun sözlərinə görə, Emin Ağalarovla ABŞ Prezidenti Donald Trampın oğlu arasında bununla bağlı heç bir telefon danışığı baş tutmayıb.
Qeyd edək ki, son günlər ABŞ mediasında Donald Trampla bağlı yeni iddia ortaya atılıb. İddiaya görə, seçki kampaniyası ərəfəsində oğul Trampa rus vəkil Nataliya Veselnitska ilə görüşüb. Görüş zamanı rus vəkil Trampa prezidentliyə digər namizəd Hillari Klintonun Rusiya ilə əlaqələrində cinayət əlamətlərini göstərən bəzi rəsmi sənədlər və məlumatları təqdim edib.
Digər iddialarda isə bu görüşün azərbaycanlı biznesmen Araz Ağalarovun oğlu Emin tərəfindən təşkil olundğu bildirilib. Yerli media Emin ilə Trampın elektron yazışmalarının olduğunu yazıb.
Oğul Tramp vəkil ilə görüşdüyünü bildirsə də, bunun seçki kampaniyasından uzun müddət əvvəl olduğunu deyib.
Bu açıqlamadan sonra CNN telekanalı ABŞ Prezidenti Donald Trampın 2013-cü ilin iyunun 15-də Las-Veqasda Araz və Emin Ağalarovla görüşünün görüntülərini yayıb.