Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla yanaşı əl-Küveyt rəhbərliyi 15 iranlı diplomatı ölkədən qovub.
Bununla bağlı Küveyt Müdafiə Nazirliyi məlumat yayıb:
"Biz Küveytin hüquqlarını qorumaq üçün ölkədəki İran diplomatlarına qarşı tədbirlərlə bağlı qərar qəbul etdik. Ölkədə cəmi 4 iranlı diplomat qalıb".
Həmçinin, Küveyt hökuməti İranla hökumətlərarası bütün komitələrin işini dayandırıb.
Qeyd edək ki, Küveytdə saxlanılan terrorçular dindirilmə zamanı İranın dəstəklədiyi "Hizbullah" qruplaşması tərəfindən təlim gördüklərini etiraf ediblər.