21 İyul 2017 13:37
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinin girişinə xüsusi axtarış detektoru quraşdırılması qərarından geri çəkilməyən İsrail hökuməti 50-dən az yaşı olan müsəlmanların bura girişini də qadağan edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla da İsrail tərəfi Qüdsdə gərginliyi artırıb.

Müsəlmanlar detektorlardan keçərək, məscidə girməkdən imtina ediblər. Buna görə onlar namazlarını məscidin qapısının kənarında qılıblar.

Bu gün verilən qərarda isə İsrail polisinin 50-dən az yaşı olan şəxslərin məscidə girməsinə mane olacağı bildirilir. Əmrə tabe olmayan şəxslər isə həbs olunacaq.

Məlumatlara görə, qərardan sonra bölgədə vəziyyət gərginləşib. Bir çox ərazidə polis barrikadaları qurulub. On minlərlə fələstinlinin etiraz aksiyası keçirəcəyi gözlənilir.

Qeyd edək ki, iyulun 14-də İsrail polisi əl-Əqsa məscidində 3 fələstinlini öldürmüş, baş verən olay zamanı 2 İsrail polisi həlak olmuşdu.


Müəllif: Samir

Oxşar xəbərlər