23 İyul 2017 16:02
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günorta saatlarında Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, xəstəxananın ikinci mərtəbəsində, Cərrahiyyə şöbəsi müdirinin otağında baş verən yanğın nəticəsində ümumi sahəsi 15 kv.metr olan otaq və otağın içərisindəki əşyalar təmamilə yanıb.

Yanğın güclü olmadığından, yanğınsöndürənlər hadisə yerinə gələnə qədər, tibb işçilərinin səyi nəticəsində qarşısı alınıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub, yanan əşyalar xəstəxanadan çıxarılıb.

Yanğın zamanı xəstəxanada müalicə olunan xəstələrdən heç biri xəsarət almayıb.

Qeyd edək ki, yanğın zamanı otaq bağlı olub və şöbə müdiri otaqda olmayıb.


Müəllif: Teleqraf.com