25 İyul 2017 11:09
533

Bakıda marşrut avtobusu qəza törədib.

Hadisə NZS qəsəbəsində baş verib.

10-TG-014 dövlət qeydiyyat nişanlı 32 saylı marşrut avtobusu avtoyuma məntəqəsindən çıxıb qaraja gedərkən sürücü idarəetməni itirib və yol kənarındakı hasara çırpılıb. Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb.

Avtobusun sürücüsü 39 yaşlı Kərimov Ziyafət Müşviq oğlu ağır xəsarət alıb.

Qəza nəticəsində onun döş qəfəsi əzilib və 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər./Report/


Müəllif: Teleqraf.com