Bu sözləri prodüser Tarix Əliyev (Tolik) Teleqraf.com-a açıqlamasında magistralda maşında otura-otura zəncirindən tutub iti arxasıyca sürüyənləri nəzərdə tutaraq deyib.
O, avtomobil sahibinin sürücülük vəsiqəsinin əlindən alınmasını, özünün isə cərimələnməsini istəyib:
“Bu videonu izləyicimiz göndərib. Şağan qəsəbəsində günorta saatlarında çəkilib. Zavallı itə zülm edirlər. Bu, günahdır. Dilsiz-ağılsız canlıya qarşı vəhşilikdir. Qızmar, isti günlər yaşayırıq, dəfələrlə insanlara paylaşımlar vasitəsilə xəbərdarlıq edirik ki, heyvanlara qarşı nəvazişli olun, onların qabağına heç olmasa bir qab su qoyun.
Amma nə edəsən? Bəzi "insanlar" nəinki bunu etmir, hətta heyvanlara videoda göründüyü kimi zülm edirlər”.