İrəvanda partlayış baş verib.
Teleqraf.com-un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, iki gənc döyüş sursatını iki yerə bölməyə çalışarkən partlayış baş verib.
Hər iki şəxs yaralanıb.
***
Dünən axşam saatlarında İrəvanda baş verən partlayışda xəsarət alan şəxslərdən biri ölüb.
Bununla bağlı Ermənistan fövqəladə hallar idarəsinin nümayəndəsi Nana Qndoyan məlumat verib.
"Ağır xəsarət almış 32 və 20 yaşlı iki nəfər xəstəxanaya aparılıb. 32 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb. 20 yaşlı şəxsin isə vəziyyəti ağır olaraq qalır. Hadisə yerində biri partlamış 2 ədəd mina tapılıb. Faktla bağlı araşdırmalar aparılır".