5 Avqust 2017 18:54
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya, Belçika və Hollandiya daxal olmaqla bir çox Avropa ölkəsində yumurta böhranı hökm sürür.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya Kənd Təsərrüfatı Nazirliyi yumurtalarda həşəratöldürücü zəhərli dərmanın qalıntıları aşkarlandığı barədə xəbərdarlıq edib.

Yumrtaların böyük qismi marketlərdən yığılaraq məhv edilib və Hollandiyada 130 broyler barəsində cinayət işi açılıb.

Almaniyanın ucuz marketlər zənciri olan “Aldi” zəhərli dərmanların qatğısı olması şübhəsi ilə yumurta satışlarını dayandırıb. “Aldi” Almaniyadakı satış mağazalarında yumurtaların rəflərdən qaldırılmasını həyata keçirib.

Market tərəfindən verilən açıqlamaya görə, zəhərli yumurtalar Hollandiya istehsalıdır. Bunun üçün holland rəsmiləri ilə təmas qurduqlarını, məsələnin qısa zamanda öz həllini tapması üçün çalışdıqlarını bəyan ediblər.

Hollandiya Kənd Təsərrüfatı naziri Kristian Meyer isə Almaniyaya onların açıqladıqlarından daha çox yumurta satıldığını etiraf edib.

Bununla yanaşı, Belçika marketlərində də zəhərli yumurtalar aşkarlanıb. Həmin yumurtalardan makaron və tort istehsalında da istifadə olunma ehtimalından da narahatçılıq keçirilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər