Teleqraf.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, Mare mahalında mülkü madafiə qurumunun səlahiyyətlisi Ala Nime PYD-nin Mare şəhərinə hücumu zamanı hamilə xanım və iki vətəndaşın öldürüldüyünü bildirib.
Ala Nime deyib ki, PYD terror təşkilatı uzun müddətdir, Mareyə müxtəlif silahlarla hücum təşkil edir. Bu gün baş verən hücumda bir çox qəsəbələr maddi ziyan çəkib.
Maredəki müxalifət əsgərləri isə terror təşkilatı PYD-nin hücumlarına cavab verəcəklərini bildirib.