6 Avqust 2017 18:25
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə hərbi çevrilişdən sonra həbs edilən Müsəlman Qardaşları Təşkilatrının rəhbərlər şurasının sədri Məhəmməd Mehdi Akifin səhhətinin kritik olduğu bildirilir.

Teleqraf.com xəbər verir ki, Mehdi Akifin qızı Alya Akif 4 ildir məhbus olan atasının vəziyyəti ilə bağlı Feysbukda xəbər paylaşıb. O yazıb ki, atasının sağlamlığı hər keçən gün pisləşir, vəziyyəti çox kritikdir.
Alya Akif Qahirədə əl-Kəsr-əl-Ayni xəstəxanasında atasını ziyarət etdiyini bildirib: "Həkimlər atamın ölümlə mübarizə apardığını dedi. Hazırda heç nə yemir. Danışmaq və gözlərini açmaq istəsə də, çox çətinlik çəkir".

Qeyd edək ki, əvvəl ömürlük həbs edilən Akiflə bağlı sonradan prokurorluq iş açaraq yeni məhkəmə prosesinin keçirilməsini vacib saymışdı.


Müəllif: Cavad

Oxşar xəbərlər