Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində erməni əsgəri ölüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, avqustun 14-də saat 11:00-da 1998-ci il təvəllüdlü əsgər Arman Samveloviç Movsisyan ölümcül güllə yarası alıb.
Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiq edib. Onun ölüm səbəbi açıqlanmır.