22 İyul 2014 23:47
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

AR xarici işlər naziri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə iştirakı ilə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ictimaiyyətə yaxşı məlum olan prinsiplər və eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib.

Qeyd edilməlidir ki, həmsədr ölkələrin prezidentləri dəfələrlə öz bəyanatlarında mövcud status-kvonun qəbuledilməzliyini vurğulayıblar./trend/


Müəllif: