Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinskiy Xartum şəhərindəki rezidensiyasında ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, Rusiya XİN-i faktı təsdiqləyib.
63 yaşlı M.Şirinskiy 2013-cü ildən Rusiyanın Sudandakı missiyasına rəhbərlik edib.
Səfirin ölüm səbəbi araşdırılır.