Qətərin baş prokuroru Ali Bin Fetais əl-Marr may ayında Qətər Xəbər Agentliyinin (QNA) sisteminə edilən kiber hücum və saytda Qətər əmrinə istinadən İranı tərifləyən sözlərin yerləşdirilməsi ilə bağlı Türkiyədə 5 şəxsin həbs edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, QNA sisteminə Türkiyədən iki ayrı İP ünvandan daxil olunduğu müəyyən edilib. Bunun ardınca Çanaqqala və İstanbulda təyin edilən iki ünvanda 5 nəfər şübhəli şəxs həbs edilib. Eləcədə kompüter və digər ləvazimatlar müsadirə olunub.
Hazırda bununla əlaqədar Türkiyədə istintaq davam etdirilir.