Milli Məclisin deputatı, məşhur ürək-damar cərrahı Rəşad Mahmudova ağır itki üz verib.
Teleqraf.com-un məlumatına görə, millət vəkilinin qardaşı Əbdülhüseyn Mahmudov dünən vəfat edib. Mərhum uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Cənazə bu gün saat 12:00-da Rəsulzadə qəsəbəsindəki İmam Əli məscidindən götürüləcək. Yas mərasimi avqustun 28-də Heydər məscidində keçiriləcək.