31 Avqust 2017 13:11
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzzət Bağırov öz peşə fəaliyyətini həyata keçirən zaman bir qrup şəxs ictimai davranış qaydalarını pozub, qeyri-etik davranıb, təhqiramiz söyüşlər söyüb. Onlar bununla kifayətlənməyərək, fiziki təzyiq göstərmək üçün hücuma keçiblər. Restoran əməkdaşları və orda olan digər vətəndaşlar hücumun qarşısını almağa çalışıblar.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırovun vəkili Ceyhun Yusifov deyib.

Vəkil bildirib ki, hadisənin baş verməsində İzzət Bağırovun heç bir aktiv rolu olmayıb. O, hadisənin səbəbini qonaqların içkili olması ilə izah edib:

“İzzət Bağırov mahnı ifa edən zaman bir qrup şəxs həm musiqiçilərin, həm operatorun, həm də müğənninin ünvanına nalayiq ifadələr işlədib. Onların bu cür davranışlarından sonra ibadət adamı olan İzzət Bağırov təsirlənərək öz otağına çəkilib.

Bir neçə şəxs gözlənilmədən küçə söyüşləri və təhqirlərlə otağa daxil olmaq və ona xəsarət yetirmək istəyiblər. Biz xoşagəlməz hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişik. İstintaq gedir”.

Xatırladaq ki, ötən gün Bakıdakı restoranların birində tanınmış müğənni İzzət Bağırovun da iştirak etdiyi mərasimdə kütləvi dava süşüb.


Müəllif: Könül

Oxşar xəbərlər