Bakının Nizami rayonunda evlərdən birində oğurluq baş verib. Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 3038 manat, 800 ABŞ dolları və 30 avro pul oğurlanması barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov tutulub.