10 Sentyabr 2017 10:43
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerikdə zəlzələ qeydə alınıb.

Teleqraf.com FHN-nin saytına istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 sentyabr 2017-ci il tarixində Bakı vaxtı ilə saat 06:32-də Lənkərandan 20 km qərbdə Lerik rayonu ərazisində 3.6 maqnituda, 16 km dərinlikdə zəlzələ qeydə alınıb.

Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər