Türkiyənin Adana şəhərində E.Görkem adlı yol polisi ona borclu olan əmisi oğlunu və iki dayısını qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, Görkem hələ polis olmadan öncə dayıları İlyas Barak və Ümit Baraka 4500 manata yaxın borc pul verib.
İki gün öncə dayılarından borcunu istəməyə gedən Görkem ciddi müqavimətlə üzləşib. O, borcunu tələb etdiyi üçün onu qınayan əmisi oğlunu və dayılarını güllələyərək hadisə yerindən qaçıb.
Ötən gün Görkem polis idarəsinə gələrək təslim olub.