Barselonanın "Sagrada Familia" kilsəsi ərazisində antiterror əməliyyatı keçirilir.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər kilsənin yaxınlığındakı mikroavtobusda partladıcı maddənin olub-olmadığını müəyyənləşdirirlər.
Hazırda kilsənin ziyarətçiləri ərazidən təxliyyə edilib.
Qeyd edək ki, İspaniyanın şimal-şərqində yerləşən bu turist zonasında ötən ay baş vermiş terror aktı zamanı 16 nəfər həlak olub, habelə 100-dən çox insan xəsarət alıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.