15 Sentyabr 2017 01:35
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

"FCA RUS" şirkəti Rusiyada 3,4 mindən çox "Jeep" və "Chrysler" avtomobilini geri çağırıb.

Teleqraf.com-un məlumatına görə, bu qərar avtomobillərdə öndə oturan sərnişinin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Həmi qüsurlar təhlükəsizlik yastıqlarının açılarkən dağılmasına səbəb ola bilər.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2004-cü ilin aprelindən 2013-ci ilin mayınadək Rusiyada satılmış "Wrangler " və "Chrysler 300" modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər