19 Sentyabr 2017 20:59
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri Vladimir Jirinovski İtaliyanın kişi geyimləri şirkətlərindən birini məhkəməyə verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Jirinovskinin həmin şirkətdən aldığı köynəyin parçasının tərkibi olub.

Bununla bağlı Jirinovskinin mətbuat katibi məlumat yayıb:

“İstehlakçı kimi onu aldadıblar. Jirinovski məhkəmədən 100 min rubl (2900 AZN) tələb edib.

Məlum olub ki, Jirinovski bir müddət əvvəl təmiz pambıqdan hazırlanmış köynək sifariş edib. Malı əldə etdiyində isə aldandığını anlayıb. O bu köynəyə görə şirkətə 24 min rubl (700 AZN) ödəyib.


Müəllif: Samir

Oxşar xəbərlər