28 Sentyabr 2017 09:50
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın avtomobil karvanı qəzaya düşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Trampın İndianapolis aeroportuna getdiyi zaman baş verib.

Olay zamanı kortejdə olan maşınlardan biri qarşıdakı polis motosikletinə çırpılıb.

Hadisə nəticəsində motosikletdə olan polis xəsarət alıb. Kortejin bir neçə dəqiqə gecikmə ilə aeroporta çatdığı bildirilir.


Müəllif: Samir