15:58
Səudiyyə Ərəbistanında yeni həbslər dalğası başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin ölkədə korrupsiya araşdırmaları çərçivəsində bəzi siyasətçilər və iş adamları həbs edilib.
Qeyd edək ki, bir neçə gün öncə korrupsiya ittihamı ilə aralarında 11 şahzadənin və 4 nazirin olduğu 38 nəfər məsuliyyətə cəlb edilmişdi.
***
Saxlanılanlar arasında 2011-ci ildə dünyasını dəyişmiş Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Sultan ibn Əbdüləzizin yaxın qohumları da var.
Onların ər-Riyaddakı "Ritz Karlton" otelinə aparıldığı bildirilib.
Məlumatlara görə, son günlər eyni ittihamla həbs edilənlərin hamısı burada saxlanılır.