13 Noyabr 2017 11:31
1 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:25

İraqın Süleymaniyyə şəhərində 7,3 bal gücündə zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, yeraltı təkanların episentri Süleymaniyyə şəhərindən 85 km, İranın Sərpol Zəhab şəhərindən 47 km aralıda, ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ Türkiyədə də hiss edilib.

Rəsmi mənbələr ölən və yaralananlar barədə açıqlama verməyiblər.

***

00:39

İlkin məlumata görə, zəlzələ 8 kənddə böyük tələfata yol açıb. Süleymaniyyə vilayətinin Darbandihan şəhərində azı 6 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

***

08:40

İraqda gecə saatlarında 7,5 bal gücündə ikinci zəlzələ baş verib.

Məlumatlara görə, yeraltı təkanlar ölkədə dağıntılara səbəb olub. Hadisə zamanı azı 7 nəfər həlak olub, 100 nəfər yaralanıb.

Zəlzələnin qonşu ölkələrdə hiss olunduğu bildirilib.

***

İraqda baş verən zəlzələ qurbanlarının sayı 13-ə çatıb.

Bununla bağlı İraq Səhiyyə Nazirliyi məlumat yayıb. Ümumilikdə, zəlzəlı zamanı 130 nəfər yaralanıb.

Dağıntıların əksər hissəsi Darbandikan şəhərində qeydə alınıb.


Müəllif: Samir

Oxşar xəbərlər