Braziliyanın Serjipi ştatında at həbs olunub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna heyvanın yaxınlıqdakı avtomobillərdən birinə zərər verməsi səbəb olub.
Atın sahibi Vilyam Frasişku duş Santon qərardan şikayət edəcəyini deyib. O bildirib ki, polis onun atı ilə cinayətkar kimi davranıb və heyvanı bir neçə saat ac saxlayıb.