İndoneziyanın Bali adasındakı Aqunq vulkanının aktivləşməsi ciddi fəsadlara səbəb olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kuta bölgəsindən 75 kilometr uzaqlıqda olan vulkandan qalxan tüstü təyyarələrin hərəkətinə maneçilik törədib, 100-dən çox aviareys təxirə salınıb.
Vulkandan çıxan qara tüstü 3 min metrə qədər yüksəlib. Təhlükə aradan tam qalxmayanadək təyyarələrin uçuşunun bərpa edilməyəciyi bildirilib.
Bu səbəbdən çoxunun turist olduğu minlərlə sərnişin aeroportlarda qalıb. 100 mindən çox insan vulkan bölgəsindən təxliyə edilib.