İstanbulda nişan mərasimi zamanı bəy və gəlin evi arasında mübahisə düşüb, daha sonra mübahisə davaya çevrilib və yeddi nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, hadisə İstanbulun Şişli bölgəsində, Tələbə Evində baş verib. Kübra ilə Mustafanın nişan mərasimində ailə başçılarının sözü tərs gəlib. Nişan səbətlərini bir-birinə atan tərəflərdən dava zamanı 7 nəfəri xəsarət alıb. Tələbə Evinin rəhbərliyi dərhal polisə xəbər edib. Polis tərəfləri sakitləşdirib, yaralılar xəstəxanaya aparılıb.
Nişan mərasimi yarımçıq başa çatıb.