Bərdə rayonunun Divanlı kəndində baş verən qəzada 11 nəfər yox, 4-5 nəfər xəsarət alıb.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bərdə Rayon Mərkəzi xəstəxanasından həkim Rəna Mustafayeva deyib.
Onun sözlərinə görə, yaralananların da elə ciddi xəsarəti yoxdur:
“Onlara da yardım göstərilir. Yüngül xəsarətlərdir hamısı. Kimlikləri isə hələ ki, məlum deyil”.
Qeyd edək ki, Ağdamdan (Quzanlı) Bakıya gələn mikroavtobus BMV markalı minik avtomobili ilə toqquşub. Hadisə rayonun Divanlı kəndində qeydə alınıb.