Salyan rayonu Boranıkənd kəndində ümumi sahəsi 162 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə Novruz qızı və 2013-cü il təvəllüdlü Bəhrəmli Ceyranxatun Novruz qızının yanmış cəsədləri aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
10:11
Salyanın Boranıkənd kəndində baş vermiş yanğın zamanı 2 azyaşlı ölüb.
Teleqraf.com xəbər verir ki, yanan evdə qalmış ikinci azyaşlının da cəsədi içəridən çıxarılıb.
Qeyd edək ki, hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib.
***
09:45
Salyanın Boranıkənd kəndində baş vermiş yanğın zamanı 1 azyaşlı ölüb.
Məlumata görə, hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib.
İlkin məlumata görə, içəridə qalmış uşaqlardan birinin cəsədi evdən çıxarılıb. Yanan evdə qalmış digər azyaşlının aqibəti barədə hələlik hər hansı məlumat yoxdur.
Qeyd edək ki, uşaqlar 5-6 yaşlarındadır.
***
09:38
Salyanda yanğın hadisəsi baş verib.
Xəbərə görə, hadisə səhər saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, 2 azyaşlı uşaq yanan evdə qalıb. Hələlik azyaşlıların sağ qalıb-qalmamaları barədə məlumat yoxdur. (Report)