4 Dekabr 2017 09:13
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York şəhərinin Kuins rayonunda sürücü avtomobili insanların üzərinə sürüb.

Teleqraf.com xəbər verir ki, polis həmin şəxsi saxlayıb. Hazırda ona qarşı hər hansı bir ittiham irəli sürülməyib.

Qeyd edək ki, Nyu-Yorkun Kuins rayonunda avtomobil dayanacağında iki sürücü arasında mübahisə yaranıb. Sürücülərdən biri avtomobildən çıxaraq iki nəfərə bıçaqla xəsarət yetirib. Daha sonra avtomobilə minərək avtomobili bir qrup insanın üzərinə sürüb. İnsident nəticəsində 1 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.


Müəllif: Teleqraf.com