7 Dekabr 2017 14:40
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problemlər yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Unikal.org-a açıqlamasında millət vəkilinin qızı Bəsdi Abramova deyib:

"3 gün əvvəl atamın səhhətində problem yarandı və xəstəxanalardan birinə yerləşdirdik. Həkimlər atamda onkoloji xəstəlik aşkar etdilər. Bu gün Milli Onkologiya Mərkəzinə yerləşdirilib və hazırda xəstəxada cərrahi əməliyyata götürülüb. İki saat əməliyyat olacaq. Hələlik atamın səhhəti ilə bağlı heç nə deyə bilmirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər