11 Dekabr 2017 02:11
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qaziantep şəhərində həyat yoldaşından ayrılan şəxs 3 yaşlı qızını girov götürüb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Gümüştəkin məhəlləsindəki 3 mərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 40 yaşlı M.Z.B. qızı Sevdanı girov götürərək bəzi əşyaları evdən çölə töküb.

Qonşular hadisə barədə polisə məlumat verib. Əraziyə polis və təcili tibbi yardım maşını cəlb olunub. Evi yandırmaq istəyən şəxs polis qüvvələrinin saat yarımlıq söhbətindən sonra fikrindən daşınıb. Həmin şəxsin bir ay əvvəl həyat yoldaşı Ö.B. ilə mübahisə etdiyi və ayrı yaşadıqları bəlli olub.


Müəllif:

Oxşar xəbərlər