Hazırda Kanadada yaşayan iranlı siyasi mühacir Hüseyn Türkelli Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanı dəstəklədiyini elan edib.
Hüseyn Türkelli bəyan edib ki, Azərbaycanda hər kəs Fazil Mustafanı tanıyır. Ancaq son zamanlar bu şəxsin üzərinə İran şəbəkəsinə məxsus olan insanlar düşərək onu ittiham edirlər. Hüseyn Türkelli əlavə edib ki, F.Mustafanı ittiham edən Əsgər Fəridi əslində İran Xarici İşlər Nazirliyində deyil, xaricdəki İran casusları nazirliyində işləyib və onun özünün işə nə cür götürülməsi maraqlıdır.
Qeyd edək ki, Hüseyn Türkelli 20 ilə yaxındır ki, anti İran açıqlamaları ilə diqqəti çəkir və zamanında GAMOH-un əsas simalarından olub.