18 Dekabr 2017 21:47
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadınlar arasında dava ağır cinayətə səbəb olub. Hadisə qısqanclıq zəmnində baş verib. Qadınlardan biri digərini bıçaqla ağır xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonunda baş verib. Rayonun İlyas Aslanov küçəsində 23 yaşlı Aynurə Babayeva Əliyar adlı şəxsin həyat yoldaşı ilə əlbəyaxa dava edib. Nəticədə qadın Aynurə Babayevaya 6 bıçaq xəsarəti vurub. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan Aynurə Babayevanın vəziyyətini həkimlər ağır stabil qiymətləndirir.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Əliyarın həyat yoldaşı, Aynurə Babayevaya həyat yoldaşı ilə danışmamağı bildirdikdə tərəflər arasında mübahisə olub. Hadisəni törədən qadın artıq Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb. Faktla bağlı başlanan cinayət işi üzrə istintaq davam edir.


Müəllif: Teleqraf.com