İlham Əliyevlə Serj Sarkisyan arasında görüş baş tutacaq
Ermənistanın baş naziri Ovik Abramyan Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar aparmaq üçün Rusiyada görüşəcəyini bəyan edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə “İnterfaks” agentliyi xəbər yayıb. O.Abramyan deyib: “Prezidentlərin görüşü Soçidə avqustun 8-i və ya 9-u baş tuta bilər. Ümid edirik ki, görüşdə çox əhəmiyyətli razılığa nail olunacaq”.