Ötən gün axşam saatalrında Kürdəmir rayonunda pambıqçıları sahədən gətirən, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına məxsus təcili yardım avtomaşını Karrar və Ərşəli kəndləri arasındakı yolda qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində avtomaşında olan 10 nəfər qadın müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların hamısının pambıqdan qayıdan tibb işçiləri olduğu deyilir.
Faktla bağlı araşdırmalara başlanılıb.