Bu gün sübh saatlarında İranın Kirman əyalətinin Həcdək bölgəsində zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İranın Geofizika Müəssisəsinin seysmoloji mərkəzi məlumat verib.
Bildirilib ki, maqnitudası 4,3 bal olan zəlzələ yerli vaxtla saat 07.04-də qeydə alınıb.
Yeraltı təkanların hər hansı bir dağıntıya və ya insan tələfatına səbəb olub-olmadığı haqda məlumat yayılmayıb.