Türkiyədə Yeni il tədbirlərində terror törətmək istəyənlərə qarşı əməliyyat keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Adana polisi məlumat yayıb.
Əməliyyat zamanı 2-si suriyalı 12 nəfər yaxalanıb. Onların qaldıqları evlərə baxış zamanı partlayıcı hazırlamaq üçün çox sayda vasitə aşkar edilib.