Baykonur kosmodromundan buraxılmış Anqolanın ilk süni peyki ilə əlaqə itirilib.
Teleqraf.com-un məlumatına görə, “AngoSat-1” peyki ötən gecə fəzaya buraxılıb.
Məlumata görə, uçuşun ilk mərhələsində peyklə əlaqə mövcud olsa da, sonradan informasiyanın ötürülməsi dayanıb.
Hazırda bununla bağlı araşdırmalar aparılır.