Azərbaycanda yeni doğulmuş köpə appendisitdən əməliyyat edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə həkim Fuad Hüseynov məlumat verib.
Həkim bildirib ki, uşaqda ümumi narahatlıq, infeksiya göstəriciləri artdığı üçün aparılan müayinələr nəticəsində appendisit diaqnozu təsdiqlənib:
“Körpə cərrahi əməliyyata alınıb. Çox nadir olsa da, yeni doğulmuş körpədə də apendisit görülə bilir. Əməliyyatdan 2 gün sonra tam sağlam şəkildə evə yola salınıb.
Fuad Hüseynov qeyd edib ki, yeni doğulmuş uşaqlarda appendisit diaqnozunu təsdiqləmək çətindir:
“Bəzən olur ki, körpələr başqa diaqnozla əməliyyata alınır və yaxud, 95% hallarda gecikdirilir. Appendiks partlamış olur. 50% hallarda da appendisit kimi bəsit sayılan problem körpələrin ölümünə səbəb olur”.