29 Dekabr 2017 09:21
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu Yorkun Bronks rayonunda yaşayış evində güclü yanğın baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı şəhər meri Bill de Blazio məlumat verib.

Mer bildirib ki, hadisə nəticəsində 12 nəfər həlak olub:

“15-dən çox insan yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Ölü sayının artacağı istisna edilmir. Ölənlər arasında 1 yaşlı körpə də var”.

Yanğının səbəbi məlum deyil. Hadisə yerinə 150-dən çox yanğınsöndürən cəlb edilib.


Müəllif: Samir