22.03
İmişlidə 5 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə H.Əliyev prospektində qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, digər 4 nəfər İmişi Mərkəzi Rayon xəstəxanasına yerləşdirlib.
Faktla bağl arşdırma aparılır.
***
22.34
İmişlidə ölən piyadanın kimliyi bəlli olub.
Məlumata görə, İmişli şəhəri, H.Əliyev prospektində 5 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə İmişli sakini, 2000-ci il təvəllüdlü Nəsirov Həsrət Səfər oğlu ölüb, digər 4 nəfər İmişi Mərkəzi Rayon xəstəxanasına yerləşdirlib.
Faktla bağlı arşdırma aparılır.
***
Dekabrın 31-də axşam saatlarında İmişli şəhərində baş verən dəhşətli qəzanın təfərrüatları məlum olub.
Xəbərə görə, İmişli sakini, 1969-cu il təvəllüdlü Mehdiyev Seymur Murtuzəli oğlu "VAZ 2107" markalı "30 VD 026" dövlət nömrə nişanlı avtomobili idarə edərkən H.Əliyev prospektində dəhşətli yol-nəqliyyat hadisəsi törədib.
S. Mehdiyev idarəetməni itirərək avtomobili yolun kənarı ilə hərəkət edən 7 gəncin üstünə sürüb. Nəticədə İmişli sakini, 2000-ci il təvəllüdlü Həsənli Həsrət Səfər oğlu hadisə yerində ölüb, digər 6 nəfər –İmişli sakinləri, 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, 1997-ci il Cavadov Ruslan Ehiram oğlu, 2001-ci il təvəllüdlü Ruslanzadə Səbuhi Namiq oğlu, qardaşlar - 1990-cı il təvəllüdlü Həsənli Sahil Səfər oğlu, 1993-cü il təvəllüdlü Həsənli Şəhriyar Səfər oğlu, 1996-cı il təvəllüdlü Həsənli Şahin Səfər oğlu İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan gənclərdən ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb.
Sərxoş olduğu müəyyən edilən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (APA)