Türkiyənin İstanbul şəhərində torpaq sürüşməsi meydana gəlib.
Teleqraf.com “CNN Türk”ə istinadla xəbər verir ki, hadisə şəhərin Ataşəhər rayonunda baş verib.
Torpaq sürüşməsi nəticəsində rayonda yerləşən avto-parkın istinad divarı çöküb. Hadisə zamanı xoşbəxtlikdən ölən və ya xəsarət alan olmayıb.
İstinad divarının uçmasını əks etdirən görüntüləri təqdim edirik: