Bakının Nizami rayonunda quldurluq baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxslər Beyləqan rayon sakin Roman Həsənovu döyüb, cibindəki pul və mobil telefonu götürməyə cəhd göstəriblər.
Roman Həsənov aktiv müqavimət göstərdikdə həmin şəxslər qaçıb aradan çıxıblar.
Zərərçəkmiş hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən İmişli rayon sakini Mirzalı Nuriyev və Yardımlı rayon sakini Elçin Əsədli saxlanılıblar.
Mirzalı Nuriyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 8-də Bakı sakini Bəylər Sadıqlını aldadıb mobil telefonunu aldığı da müəyyən edilib.