13 Yanvar 2018 15:16
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 12-də daxil olan məlumat əsasında nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun Kənd Təsərrüfatı Nazirliyinin Dövlət baytarlıq nəzarəti xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlər zamanı Xaçmaz rayonu ərazisində Tovuz rayon sakini Nicat Məmmədovun idarə etdiyi “Mersedes” markalı avtomobilə baxış keçirilib.

Bu zaman avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmayan 90 kiloqram at əti aşkar edilərək götürülüb.

Ətdən götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətinin laboratoriyasına təhvil verilib. Müayinənin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər