Bakı şəhəri, Nərimanov rayonunda sağlamlıq mərkəzinin yerləşdiyi dördmərtəbəli binanın 1-ci mərtəbəsində yanğın olub.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, ümumi sahəsi 15 m2 olan qazanxanada idarəetmə lövhəsi və kommunikasiya xətləri yanıb, yüksək temperaturdan 10 m2 sahədə asma tavan əriyib.
Yanğın bölmələri yanğını dərhal söndürüblər. Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub.