19 Yanvar 2018 12:28
1 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:44

Rusiya Federasiyasının Buryatiya Respublikasında orta məktəbə silahlı hücum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Buryatiya İstintaq Komitəsinin rəsmisi Dmitri Stolyarov məlumat verib.

İnsident Ulan Ude şəhərindəki 5 saylı məktəbdə baş verib.

Hücum 3 yeniyetmə tərəfindən törədilib. Hadisə zamanı 1 məktəbli qız öldürülüb, 5 nəfər isə ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Olayın səbəbləri məlum deyil.

Yeniyetmələr balta və “Molotov kokteyli” götürərək, məktəbə daxil olublar. Onlar balta ilə sinif yoldaşları olan qıza ölümcül xəsarət yetiriblər. Daha sonra “Molotov kokteyli”ni sinfə atıblar. Hadisə nəticəsində yanğın baş verib.

Yaralılardan birinin müəllim, 3-nün şagird, digərinin isə hücumçulardan biri olduğu deyilir. Cinayətkarın özünəqəsd etməyə çalışdığı bildirilib.

Olaydan sonra 500 nəfər məktəbdən evakuasiya edilib. Yanğının qarşısı qısa müddətdə alınıb.

Yerli polisdən verilən məlumatlara görə, hadisəni 9-cu sinif şagirdləri törədib. Yanğın baş verən otaqda isə 7-ci sinfin dərsi olub. İnsidentlə əlaqədar 2 nəfər saxlanılıb.

Qeyd edək ki, bu, son bir həftədə Rusiyadakı məktəblərə ikinci silahlı hücumdur. İlk hücum Perm bölgəsinin Motovilixin rayonunun 127 saylı məktəbində törədilib. Həmin hadisə zamanı 15 nəfər xəsarət almışdı.

***

Buryatiyada məktəbə hücum edən şəxslərdən birinin yaxalanma görüntüləri sosial şəbəkədə yayılıb.

Məlumatlara görə, hücum məktəbin şagirdləri Anton B., Aleksandr R. və İlya S. tərəfindən hazırlanıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir

Oxşar xəbərlər