Rusiyanın “Qazprom” şirkəti Şimal Axını-2 layihəsinin inşası üçün Almaniya ilə razılaşıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatı “Qazprom” yayıb.
Razılaşmaya əsasən, Almaniyanın Qrayfsvald şəhərində qaz qəbulu terminalı tikiləcək:
“Layihənin ümumi dəyəri 9,5 milyard dollardır. Şimal Axını-2 layihəsi ilə ildə 55 milyard kub rus qazı Baltik dənizindən Almaniyaya nəql olunacaq”.
Qeyd edək ki, ABŞ və bir sıra Avropa ölkələri bu layihənin icrasına qarşı çıxırdılar.