Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Toqquşma zamanı 40-dan çox fələstinli xəsarət alıb. İsrail hərbçiləri yerli sakinlərə qarşı döyüş və rezin güllələrdən, o cümlədən gözyaşardıcı qazdan istifadə edib.
ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra Qəzza zolağında və İordan çayının qərb sahilində etiraz aksiyaları davam edir.